Seysmoloqlar ABŞ-ın Alyaska ştatında 5,3 bal gücündə zəlzələ qeydə alıblar.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar UTC vaxtı ilə saat 04:40-da (Moskva vaxtı ilə 07:40) Nikolay şəhərindən 71 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 8,8 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.
Bundan əvvəl Yaponiyada Kyuşu adası yaxınlığında güclü zəlzələ qeydə alınıb.
DOĞRU.AZ