AZ

Gürcüstanın xarici işlər naziri Ermənistanda səfərdədir

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Ermənistanda səfərdədir.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat paylaşıb.

Bildirilib ki, o, səfər çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyan ilə görüşəcək.

Nazir həmçinin iki ölkənin Baş nazirlərinin rəhbərlik etdiyi Ermənistan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü sessiyasında iştirak edəcək.
 
 

Seçilən
35
5
7news.az

8Mənbələr