AZ

Süleymanlı İddiaçılar turnirinin iştirakçısı ilə qarşılaşacaq

Hindistan şahmatçısı Vaişali Rameşbabu Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turnirinin növbəti turunda azərbaycanlı qrossmeyster Aydın Süleymanlıya rəqib olacaq.

İdman.biz xəbər verir ki, onlar bu gün istirahət edib, yanvarın 31-də baş tutacaq XI turun qarşılaşmasında üz-üzə gələcəklər.

Süleymanlı dörd qələbə qazanaraq inamlı çıxış edir. O, 6,5 xal toplayıb və əlavə göstəricilərdə Niderland təmsilçisi Bencamin Boku qabaqlayır.

İddiaçılar turnirinin iştirakçısı, Rameşbabu Praqqnanandhaanın bacısı Vaişali isə 5 xalla doqquzuncudur.

Çexiya təmsilçisi Tay Nquyen 7,5 xalla liderdir.

İdman.biz

Seçilən
0
10
idman.biz

10Mənbələr