Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyasında irəliləyiş əldə olunub.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcü həmkarı Maka Boçorişvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistanın Gürcüstanla da sərhədin delimitasiya və demarkasiyası ilə bağlı eyni öhdəliyi var və İrəvan bu istiqamətdə işləri davam etdirməyə hazırdır.