AZ

Gürcüstan Bakı ilə İrəvan arasında vasitəçi olmaq istəyir

"Gürcüstan regionda sabitliyin və sülhün möhkəmləndirilməsi üçün vasitəçi kimi çıxış etmək arzusundadır".

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Bojçorişvili İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

"Regionda sabitliyi və sülhü möhkəmləndirmək üçün Gürcüstan vasitəçi kimi çıxış etmək istəyir. Biz qonşu ölkələrimiz arasında gedən bu sülh prosesini asanlaşdırmağa hazır olduğumuzu bildirəcəyik. Gürcüstan sabit sülh görmək arzusuna sadiqdir", - Boçorişvili bildirib.

O, sülh sazişinin hər iki tərəf üçün məqbul sayılan müddəalarla ümumiləşdiriləcəyinə ümid etdiyini bildirib. Gürcü diplomatın fikrincə, regionda sabitlik üçün yalnız bu əsas ola bilər. Boçorişvili Gürcüstanın qonşuları ilə əməkdaşlığa hazır olduğunu da vurğulayıb: "Ermənistan və Gürcüstan bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və bunu gələcəkdə də edəcək. Biz bu regionda ikitərəfli məqbul layihələrin yaradılması üçün səylərimizi gücləndirməyə hazırıq". 

Ağarza Elçinoğlu

Seçilən
15
37
unikal.az

10Mənbələr