AZ

Kanada: Tramp yüksək faizli vergi tətbiq edərsə, cavabımız ağır olacaq

Trudeau X sosial media platformasında Trampın Kanada məhsullarına tətbiq etməyi planlaşdırdığı 25 faizlik gömrük rüsumu ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, istefa verəcəyini açıqlayan Kanadanın baş naziri Castin Trudeau, ABŞ prezidenti Donald Trampın 25 faizlik gömrük rüsumu tətbiq edəcəyi təqdirdə Ottava hökumətinin “güclü və milli cavab” verəcəyini bildirib.

Bu verginin tətbiq ediləcəyi təqdirdə Kanadanın bütün bölgələrinin təsirlənəcəyinə işarə edən Trudeau, əyalət liderləri ilə məsələni müzakirə etdiyini və səlahiyyətlilərin bunun qarşısını almaq üçün gecə-gündüz çalışdıqlarını ifadə etdi.

"Biz hamımız lazım gələrsə, güclü və özümüzəməxsus formada cavab verməyə hazırıq".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
1
2
turkustan.az

3Mənbələr