Bir sıra xəstəliklərin icbari tibbi sığortaya daxil olmaması əhali arasında narazılıq yaradır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə komitənin sədri Əhliman Əmiraslanov deyib.
"İcbari Tibbi Sığorta vasitəsilə əhaliyə göstərilən xidmətlərin kefiyyəti və kəmiyyəti artıb. İnsanların bu xidmətlərə də marağı artıb. Artıq müayinələri də icbari tibbi sığorta hesabına icra etmək mümkündür. Amma bəzi xəstəliklər var ki, onların icbari tibbi sığortaya daxil olmaması haqlı narazılıq yaradır. Bu istiqamətdə bəzi islahatlara ehtiyac var", - komitə sədri bildirib.
Gülnar Nazimqızı
www.anews.az