AZ

Mədəniyyət naziri Adil Kərimli Qəbələdə vətəndaş qəbulu keçirəcək

Bakı, 30 yanvar, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli fevralın 28-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov, 28) Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlarla görüşəcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar fevralın 24-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Seçilən
5
17
azertag.az

10Mənbələr