“Atamın vəziyyəti kritik olaraq qalır. Danışmır, yaxınlarını tanımır”.
Yenisabah.az musavat.com-a istinadla xəbər verir ki, bunu Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib:
“Sonuncu dəfə məni və oğlumu çətinliklə tanıdı. Yaddaşı tamamilə itib. İnsultdan sonra əlinin biri işləmir. Ağız əyilməsi var idi, indi bir az düzəlib. Səbirsizliklə düzəlməsini gözləyirik”.
Aktyor yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Telegram kanalımız