AZ

İlk dəfə bir avrokubok oyununda 2 avtoqol qeydə alınıb

Bakı, 30 yanvar, AZƏRTAC

UEFA Çempionlar Liqasının əsas mərhələsində Fransada “Lill” və Niderlandın “Feyenoord” komandaları arasında keçirilmiş VIII tur oyununda iki avtoqol qeydə alınıb.

AZƏRTAC “Opta”ya istinadən xəbər verir ki, qonaqların heyətində Qernot Trauner iki dəfə öz qapısına qol vurub. Avstriyalı müdafiəçi bununla avrokuboklar tarixində arzuolunmaz ilkə imza atıb.

O, avrokuboklarda bir oyunda iki avtoqol müəllifi olan ilk oyunçu kimi tarixə düşüb.

Seçilən
0
21
azertag.az

10Mənbələr