Bu gecə UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.
Oxu24.com xəbər verir ki, Türkiyə klublarından “Qalatasaray” “Ayaks”la, “Fənərbaxça” “Midtyulland”la, “Beşiktaş” isə “Tvente” ilə üz-üzə gələcək.
“Qalatasaray” pley-offa vəsiqəni təmin etsə də, 1/8 finala adlamaq üçün mübarizə aparacaq.
“Beşiktaş” və “Fənərbaxça”nın isə yarışla vidalaşıb-vidalaşmayacağı bugünkü oyunlarla müəyyənləşəcək.
Görüşlərin hamısı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Avropa Liqasında pley-offun püşkü sabah atılacaq. Bu mərhələnin ilk matçları fevralın 13-də, cavab görüşləri fevralın 20-də keçiriləcək.