Gəncə, 30 yanvar, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən növbəti profilaktik tədbirlər nəticəsində şəhər sakinləri qanunsuz saxladıqları 31 ədəd tüfəngi könüllü olaraq polisə təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.