AZ

Müdafiə Nazirliyinin avtomobilləri hərracda - 2 QAT BAHAYA SATILDI!

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 41 ədəd avtomobil özəlləşdirilib.

Dövlət qurumlarına məxsus 2 gəmi - HƏRRACA ÇIXARILDI - QİYMƏTLƏR

FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərraclar rəqabətli keçib. Belə ki, Müdafiə Nazirliyinin balansında olan 40 avtomobil və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-AZPROMO balansında olan 1 avtomobil özəlləşdirilib. Hərracda maraqlı məqam odur ki, avtomobillərin yekun satış qiyməti ilkin hərrac qiymətindən təxminən 2 dəfə çoxdur.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.

Bakı şəhəri üzrə 28 yanvar 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı:

Balanssaxlayıcı təşkilatın adı

Avtonəqliyyat vasitəsinin markası

Dövlət nömrə nişanı

Buraxılış ili

Hərraca çıxarılan ilkin satış qiyməti (manat)

Yekun satış  qiyməti (manat)

Protokol №-si və tarixi

1

Müdafiə Nazirliyi

19 müxtəlif markalı nəqliyyat vasitəsi

Siyahı əlavə olunur

 

46100

100000

33/24  11.12.2024

2

Müdafiə Nazirliyi

6 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi

Siyahı əlavə olunur

 

12100

15000

33/24  11.12.2024

3

Müdafiə Nazirliyi

15 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi

Siyahı əlavə olunur

 

35200

52000

33/24  11.12.2024

4

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-AZPROMO

Mitsubishi Lancer minik

77 PE 294

2006

1800

3518

33/24  11.12.2024

 

Seçilən
7
4
fed.az

4Mənbələr