AZ

Uşaqlarda artıq barmaqlar– Polidaktiliyanədir?



Moskvada Filatov Uşaq Xəstəxanasının cərrahları 5 yaşlı Mişanın əlində olan artıq barmaqlar əməliyyat edilib.


“Medicina” xəbər verir ki,mikrocərrahiyyə şöbəsində unikal əməliyyat həyata keçirilib. Cərrahlar uşağın lazımsız barmaqlarını çıxarıb, onun üçün yeni baş barmağını formalaşdıraraq, bunu çox dəqiqliklə ediblər. sağ əli tam normal fəaliyyət göstərəcək.

Təxminən dörd aydan sonra Mişa bu əlindən əvvəlki kimi gündəlik həyatında aktiv şəkildə istifadə edə biləcək.

Bəs Polidaktiliya niyə baş verir?

Bu, əllərdə və ya ayaqlarda əlavə barmaqların inkişaf etməsidir.Çox vaxt polidaktiliya sümük və oynaq strukturlarının digər anadangəlmə anomaliyaları ilə müşayiət olunur, yəni müstəqil bir xəstəlik və ya bəzi sindromun bir hissəsi ola bilər.

Çox vaxt polidaktiliyası olan uşaq tamamilə sağlamdır və cərrahlar tərəfindən edilən müdaxilədən sonra anomaliya tez unudulur.

Alimlər onun baş verməsini genetik faktorlarla əlaqələndirirlər. Polidaktiliya irsi ola bilər. Mümkün səbəblərə mürəkkəb xromosom anomaliyaları və embrional inkişaf dövründə xarici amillərin dölə mənfi təsiri də daxildir. Məsələn, ananın infeksiya və ya müəyyən kimyəvi maddələrə məruz qalması ola bilər.


Aygün Musayeva


Seçilən
5
6
medicina.az

10Mənbələr