Türkiyənin İzmir şəhərinin Aliağa bölgəsində yaşayan və nə təhsildə, nə də məşğulluqda yer almayan qadınların fikirlərini biznesə çevirmələrinə dəstək olmaq məqsədilə “SOCAR Türkiyə” və Sahibkarlıq Vəqfinin əməkdaşlığı ilə həyata keçirilən “Sahibkarlıqda qadın enerjisi” proqramına start verilir.
“SOCAR Türkiyə” Aliağada xəyallarını gerçəkləşdirmək, gələcəklərini öz əlləri ilə formalaşdırmaq istəyən qadınları bu proqrama müraciət etməyə dəvət edir!
Proqramda sizi nələr gözləyir?
Sahibkarlıq və problem həlli üzrə seminarlarla biznes ideyalarınızı inkişaf etdirmək imkanı
Maliyyə savadlılığı və rəqəmsal bacarıqlar qazanmaq fürsəti
İlham verən qadın liderlərlə tanışlıq və mentorluq dəstəyi
Sosial tədbirlər və qrup işləri ilə icma həmrəyliyi
17 fevral son müraciət tarixidir.
8 aylıq bir proqram çərçivəsində qadınlara kompüter istifadəsi kimi əsas bacarıqlardan tutmuş, sahibkarlıq kimi peşəkar biliklərə qədər geniş bir sahədə təlim və seminarlar təqdim olunacaq.Proqram yalnız təlimlərlə məhdudlaşmır. Sosial tədbirlər, könüllülük layihələri və müxtəlif qrup fəaliyyətləri ilə qadınların bir-biri ilə əlaqə qurması, sosiallaşması və həmrəylik şəbəkələrini gücləndirməsi dəstəklənəcək. Bu sayədə iştirakçılar, dəyişən sosial mühitə uyğunlaşmaq və cəmiyyətin inkişafına töhfə vermək imkanı əldə edəcəklər.
Proqram müddətində ilhamverici görüşlər, trendlər haqqında söhbətlər, mentorluq proqramları və “SOCAR Türkiyə”dən qadın liderlərin iştirakı ilə təşkil edilən tədbirlər sayəsində güclü bir dəstək və həmrəylik şəbəkəsi yaradacaqlar.
Orxan Vahidoğlu, “İki sahil”