İlkin məlumata görə, qəza nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb.
Türkiyənin Dənizli əyalətinin Pamukkale rayonunda mikroavtobus qəzaya uğrayıb.
Operativ Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb.
Bildirilib ki, şüşə fabrikinin işçilərini daşıyan mikroavtobus İrlıqanlı məhəlləsində yolun kənarındakı zibil qutusuna və betondan olan işıq dirəyinə çırpılıb.