30 yanvarda keçirilən ABŞ Federal Açıq Bazar Komitəsinin ("FOMC") iclasında faiz dərəcələri sabit saxlanılsa da, kriptovalyuta bazarlarında investorlar arasında mühüm nikbinlik müşahidə edildi.
"Bitcoin" (BTC) 105 000 dollar dollar səviyyəsinə yüksəldi. "Ethereum" (ETH) 3 184,0 dollar, "Solana" (SOL) və "XRP" kimi aparıcı altkoinlər də paralel olaraq yüksəliş göstərdi. Bundan əlavə, "Onyxcoin" (XCN) gün ərzində 30%-ə çatan artım nümayiş etdirərək ən çox qazandıran kriptovalyuta oldu.
ABŞ Federal Ehtiyat Sistemi ("Fed") "FOMC" iclasında faiz dərəcələrini 4,25%-4,5% aralığında sabit saxladı. "Fed" sədri Cerom Pauell (Jerome Powell) isə bankaların kriptovalyuta sektoruna risklərin düzgün idarə edilməsi şərti ilə xidmət göstərə biləcəyini bildirdi.
"Bitcoin" və aparıcı altkoinlərdə artım
"Bitcoin"in qiyməti gün ərzində təxminən 3% artaraq 105 176 dollar səviyyəsinə yüksəldi. "ETH" və "XRP" isə müvafiq olaraq 2% və 1% dəyər qazandı. Ümumilikdə, qlobal kriptovalyuta bazar dəyəri 2,5% artaraq 3,55 trilyon dollara çatdı, bazar həcmi isə 9%-lik artımla 125,99 milyard dollara yüksəldi.
Kripto analitiki Ali Martinez, 70-dən çox 1 000 BTC sahibinin ya şəbəkədən ayrıldığını, ya da varlıqlarını yenidən bölüşdürdüyünü qeyd edib.
Sürətlə artan "Onyxcoin" oldu
"Onyxcoin" (XCN) günlük 30%-lik yüksəlişlə bazarda ən çox dəyər qazanan kriptovalyuta oldu. Digər diqqətçəkən artımlar arasında "Hyperliquid" (HYPE) 18%, "Fartcoin" (FARTCOIN) 16% və "Jito" (JTO) 13% dəyər qazandı.
"Ethereum" və bazar gözləntiləri
"Ethereum"-un "Mercantile Value to Realized Value" ("MVRV") göstəricisi 160 günlük hərəkətli ortalamadan aşağı düşüb. Ali Martinez, bunun potensial olaraq 40%-lik düzəlişə işarə edə biləcəyini bildirib.
Analitik Mixael van de Poppe (Michaël van de Poppe), "Bitcoin"in 105 000 dollar səviyyəsini aşması halında fevral ayında tarixi maksimuma çata biləcəyini proqnozlaşdırıb.
"Solana" (SOL) 5%-lik artımla 241 dollar səviyyəsinə yüksəlib. Meme koinlər – "Dogecoin" (DOGE) 0,330145 dollar, "Shiba Inu" (SHIB), "TRUMP" və "Pepe Coin" (PEPE) isə 1%-6% aralığında artım nümayiş etdirib. Digər tərəfdən, "DeXe" (DEXE) 12%, "Pudgy Penguins" (PENGU) 6%, "dogwifhat" (WIF) 4% və "Movement" (MOVE) 3% dəyər itirib.
Kriptovalyuta bazarında müşahidə edilən bu dalğalanma investorların faiz qərarının bazarlara təsirini qiymətləndirməsinə və gələcək qiymət hərəkətləri barədə gözləntilər formalaşdırmasına imkan yaradıb.
Aydın
"Bitcoin", BTC, "Ethereum", ETH, "Solana", SOL, "XRP", "Onyxcoin", XCN, kriptovalyuta bazarı, faiz qərarı, "Fed", "FOMC", Cerom Pauell, Mixael van de Poppe, Ali Martinez, "MVRV", altkoinlər, "Dogecoin", "Shiba Inu", "Pepe Coin", "Hyperliquid", "Jito"