AZ

"Shell" IV rüb hesabatını açıqladı

"Shell" (SHEL.L) bu gün IV rübdə 3,66 milyard dollar qazanc əldə etdiyini açıqlayıb. 

Valyuta.Az xəbər verir ki, bu rəqəm analitik proqnozlarını doğrultmayıb və əsas səbəb kimi neft emalı marjalarının azalması və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətindəki zəiflik göstərilib. Şirkət, eyni zamanda, 3,5 milyard dollar dəyərində səhm geri alım proqramına start verəcəyini bildirib.

Neft nəhəngi həmçinin dividendlərini 4% artıracağını da elan edib.

İki il əvvəl vəzifəyə gələn baş icraçı direktor Vail Sevan (Wael Sawan) şirkətin ən gəlirli sahələrinə – neft, qaz və bioyanacaqlara fokuslanaraq xərcləri azaltmaq və bərpa olunan enerji istehsalından uzaqlaşmaq strategiyasını davam etdirir.

Dünyanın aparıcı neft və qaz şirkətləri 2024-cü il ərzində qazanc azalması ilə üzləşib. Buna əvvəlki iki ildə rekord gəlirlərin əldə olunmasından sonra enerji qiymətlərinin stabilləşməsi və neftə olan tələbatın zəifləməsi səbəb olub.

"Shell" 31 dekabrda başa çatan rüb üçün 3,66 milyard dollar dəyərində düzəldilmiş qazanc (xalis mənfəət anlayışına uyğun) əldə etdiyini açıqlayıb ki, bu da bir il əvvəlki 7,31 milyard dollarlıq göstəricidən xeyli aşağıdır.

Bu rəqəm, "Vara Research" tərəfindən sorğulanan analitiklərin gözlədiyi 4,09 milyard dollardan aşağı olub.

Rəhim

Seçilən
5
13
valyuta.az

10Mənbələr