AZ

Azərbaycan gəncləri elm,mədəniyyət,idman,texnologiya və digər sahələrdə böyük uğurlar qazanırlar

Hər bir dövlətin inkişafı onun gənclərindən asılıdır.Gənclər cəmiyyətin potensiallı qüvvəsidir.Gənc Azərbaycan Respublikasında 2 fevral Gənclər Günü kimi qeyd olunur. Bu gün  Ümummilli lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixində  sərəncamı ilə təsdiq olunub.Gənclər Günü təkcə Azərbaycanda deyil,dünyanın bir çox ölkəsində müxtəlif tarixlərdə qeyd olunur.Bu günün əsas məqsədi gənclərin potensialını üzə çıxarmaq,onların cəmiyyətdəki rolunu artırmaq və dövlət siyasətində iştiraklarını təmin etməkdir. Bu günün təsis edilməsi ölkədə gənclərlə bağlı dövlət siyasətinin gücləndirilməsinə,onların potensialının düzgün istiqamətləndirilməsinə xidmət edir.

Azərbaycan gəncləri elm,mədəniyyət,idman,texnologiya və digər sahələrdə böyük uğurlar qazanırlar.Onlar beynəlxalq yarışlarda,olimpiadalarda və forumlarda Azərbaycanı layiqincə təmsil edirlər.Azərbaycan dövləti gənclərin inkişafı üçün  bir sıra proqramlar həyata keçirir.İlk dəfə 1996-cı ildə Azərbaycan gənclərinin forumu keçirildi.Həmin tarixdən etibarən davamlı olaraq Gənclər forumu və konfransları,idman yarışları,mədəni tədbirlər,gənclərin inkişafı üçün xüsusi seminar və təlimlər keçirilir.

Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin edirdi. Həmin sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. 2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı təsdiq edildi. Bu proqram dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. 

Azərbaycanın gələcəyi məhz  bacarıqlı,potensiallı,inkişafa açıq, dinamik gənclərin əlindədir.

Günel Süleymanlı,
YAP Xətai Rayon təşkilatının General Şıxlınski 56/2 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Seçilən
3
23
ikisahil.az

10Mənbələr