AZ

Millət vəkili: "Ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişir"

"2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər". 

"Sherg.az"ın xəbərinə görə bunu millət vəkili Şahin zeyidzadə deyib.

O bildirib ki, 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi və 1997-ci ildən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı: 

"Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayırlar. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi".

Parlament üzvü vurğulayıb ki, Azərbaycanın gənclər siyasətində idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir: 
"Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 45-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. Qürurverici  haldır ki, geridə qoyduğumuz 2024-cü il Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri həm də islam dünyası gənclərinin paytaxtı olmuşdur.Gənclərin Şuşada növbəti görüşü ICESCO və Heydər Əliyev Fondu ilə birlikdə təşkil etdiyimiz “By Youth For Youth" Beynəlxalq ForumundaICESCO-ya daxil olan ölkələrdən 200-dək gəncin İslam dünyasının “Gənclər Paytaxtı”ndan dünyaya sülh mesajı verməsi və bir sıra məsələləri panel iclaslarda müzakirə etməsi, sonda isə Şuşa-Bakı bəyannaməsini qəbul etməsi qloballaşan dünyada ölkəmizin nüfuzunun daha bir nümunəsi idi. Daha bir şəhərimiz - Lənkəran isə Türk Dövlətləri Təşkilatının 2024-cü il üzrə "Gənclər Paytaxtı" çərçivəsində ilk qonaqlarını salamladı. Qeyd edim ki, Türk dünyasının ilk “Gənclər Paytaxtı” Özbəkistanın Buxara şəhəri, ikinci dəfə isə Türkiyənin İstanbul şəhəri olub. “Gənclər Paytaxtı” proqramı çərçivəsində “TDT Gənclər Platformasının II Baş Assambleyası”, “III Gənc Sahibkarlar Forumu”, “VI Gənc Liderlər Forumu” kimi müxtəlif tədbirlər cənub şəhərimizdə təşkil edilmişdi.
Qeyd etdiyim tədbirlərin keçirilməsi və gənclərimizin mükafatlandırılması bir daha onu göstərir ki, ölkəmisdə gənclər siyasətinə xüsusi yer verilir. Bu gün qətiyyətlə deyə bilərəm ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr.Bu siyasətin icrasında daim gənclərimiz Prezident İlham Əliyevin yanındadır".
Seçilən
3
4
sherg.az

10Mənbələr