AZ

İlkin tibbi sanitariya yardımı xidməti ilə bağlı İşçi Qrupu yaradılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İlkin tibbi sanitariya yardımı xidmətinin hazırlanması ilə bağlı Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) birgə İşçi Qrupu yaradıb".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İTSDA sədri Zaur Əliyev Milli Məclisdə keçirilən "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, məqsəd ilkin tibbi sanitariya yardımı xidmətinin hazırlanması ilə bağlı işlərin həllidir:
"Ən vacib məsələ odur ki, yaşadığı regiondan asılı olmayaraq, hər kəsin tibbi xidmətlərə əlçatanlığı təmin olunsun. İlkin səhiyyə xidməti hansı ölkədə güclüdürsə, orada əhali daha sağlam yaşayır. Bu, əlaqələndirici zəncirin bir hissəsidir. İlkin səhiyyə xidməti nə qədər güclü olsa, müraciət edən şəxs düzgün şəkildə əlaqələndiriləcək. Burada söhbət sadəcə göndərişdən getmir".
Seçilən
1
6
oxu.az

10Mənbələr