Türkiyənin Dənizli vilayətinin Pamukkale rayonunda şüşə fabrikinin işçilərini daşıyan mikroavtobus qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Hadisə nəticəsində 4 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
Bildirilib ki, avtobus yolun kənarındakı zibil qutusuna və betondan olan işıq dirəyinə çırpılıb.