AZ

Vaşinqtonda qəzadan sonra çayda 18 cəsəd tapılıb

Vaşinqton səmasında sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması nəticəsində həlak olanların ən azı 18 cəsədi Potomak çayından çıxarılıb.

NBC əvvəlcə dörd qurbanın xilas edildiyini bildirdi, lakin CBS, Washington Post və CNN hazırda heç kimin sağ tapılmadığını iddia edir. Toqquşma çay üzərində baş verib. Axtarış əməliyyatı soyuq hava səbəbindən və suyun temperaturu 0-a yaxın olduğu üçün xeyli çətinləşib.

Xatırladaq ki, yanvarın 29-da axşam saatlarında Vaşinqton səmasında PSA Hava Yollarına məxsus Bombardier CRJ700 təyyarəsi və Sikorsky H-60 ​​helikopteri toqquşub. Təyyarə Ronald Reyqan Beynəlxalq Hava Limanına yaxınlaşarkən baş verib.Təyyarədə 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç hərbçi olub.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
6
11
oxumeni.az

5Mənbələr