Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin sonuncu – 8-ci turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, bu gün baş tutacaq 18 oyunla Avroliqanın Liqa mərhələsinə yekun vurulacaq.
Sonuncu turun bütün qarşılaşmaları eyni saatda start götürəcək.
Azərbaycan çempionu “Qarabağ” səfərdə Yunanıstan nəhəngi “Olimpiakos”la üz-üzə gələcək. Türkiyə təmsilçilərindən “Qalatasaray” Niderlandda “Ayaks”ın qonağı olacaq. “Beşiktaş” isə bu ölkənin “Tvente” komandası ilə qarşılaşacaq. “Qara qartallar” da səfərdə oynayacaqlar. “Fənərbağça” isə Danimarkada “Midtyulland” ilə münasibətlərə aydınlıq gətirəcək.
8-ci tur çərçivəsində baş tutacaq 18 qarşılaşmadan sonra 1/8 final mərhələsinə və pley-offa vəsiqə sahiblərinin tam siyahısı bəlli olacaq. İlk 8 yeri tutmuş komandalar birbaşa 1/8 finala yüksələcəklər. 9-24-cü yerləri tutacaq 16 kollektiv pley-offda oynamaq şansı əldə edəcəklər. Son 12 pilləni tutacaq kollektivlər isə Avropa Liqasında mübarizəni dayandıracaqlar.
Avropa Liqası
Liqa mərhələsi, 8-ci tur
30 yanvar
00:00. “Ayaks” (Niderland) – “Qalatasaray” (Türkiyə)
00:00. “Anderlext” (Belçika) – “Hoffenhaym” (Almaniya)
00:00. “Roma” (İtaliya) – “Ayntraxt” (Almaniya)
00:00. “Atletik” (İspaniya) – “Viktoriya” (Plzen, Çexiya)
00:00. “Braqa” (Portuqaliya) – “Latsio” (İtaliya)
00:00. “Dinamo” (Kiyev, Ukrayna) – RFS (Latviya)
00:00. “Styaua” (Rumıniya) – “Mançester Yunayted” (İngiltərə)
00:00. “Ferentsvaroş” (Macarıstan) – “Alkmaar” (Niderland)
00:00. “Olimpik” (Lion, Fransa) – “Ludoqorets” (Bolqarıstan)
00:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Portu” (Portuqaliya)
00:00. “Midtyulland” (Danimarka) – “Fənərbağça” (Türkiyə)
00:00. “Nitsa” (Fransa) – “Bodo Qlimt” (Norveç)
00:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan)
00:00. “Reyncers” (Şotlandiya) – “Yunion” (Belçika)
00:00. “Real Sosyedad” (İspaniya) – PAOK (Yunanıstan)
00:00. “Slaviya” (Praqa, Çexiya) – “Malmö” (İsveç)
00:00. “Tottenhem” (İngiltərə) – “Elfsborq” (İsveç)
00:00. “Tvente” (Niderland) – “Beşiktaş” (Beşiktaş)