"Mingəçevir" klubu heyətinə nigeriyalı futbol qatıb.
Bu barədə komandanın baş məşqçisi Füzuli Məmmədov məlumat verib.
Mütəxəssis yeni transferin hücumçu olduğunu bildirib:
"Yeni forvardın adı Abba Usmandır. 21 yaşı var və yaxşı sürətə malikdir. Daha əvvəl İsrail klublarında çıxış edib. Bilirsiniz ki, komandaya baş məşqçi təyin olunandan sonra hazırlıq üçün vaxtımız az idi. Üstəlik, qışda transfer etmək bir o qədər asan olmur. Bununla belə, heyətə bir neçə yerli futbolçu cəlb etdik. İlk əcnəbi transferimiz isə Abba Usman oldu. Çalışmalarımız davam edir. İnşallah, hədəfimizə çatacağıq. Hər kəsə bəllidir ki, məqsəd bu il I Liqada yerimizi qorumaqdır".
Qeyd edək ki, "Mingəçevir" I Liqada 6 xalla sonuncu - onuncu sırada qərarlaşıb. Komanda çempionatda növbəti görüşünü yanvarın 31-də səfərdə "Zaqatala"ya qarşı keçirəcək.