AZ

Almaniyada İrana bağlı qaçaqmalçılıq şəbəkəsi ifşa edilib

Almaniya polisi İranda istehsal olunan və Avropa limanlarına göndərilərək satışa çıxarılan böyük siqaret qaçaqmalçılığı şəbəkəsini dağıdıb.

Bu barədə Hannover gömrük məmurları və Bielefeld prokurorluğu məlumat yayıb.

Məlumata görə, İrana bağlı qaçaqmalçı şəbəkəsi beynəlxalq səviyyədə əlaqələndirilmiş əməliyyat nəticəsində ifşa olunub.

Əməliyyat nəticəsində 7 nəfər Almaniyada, 2 nəfər Belçikada və 1 nəfər isə Hollandiyada həbs edilib.

"Həmin şəbəkə qaçaqmalçılıq yolu və vergi ödəmədən göstərdikləri fəaliyyət nəticəsində Avropa ölkələrinə ümumilikdə 550 milyon avro ziyan vurub",- məlumatda bildirilib.

Şəbəkənin üzvləri arasında Türkiyə vətəndaşlarının da olduğu bildirilsə də, bu barədə ətraflı məlumat verilməyib.

Qaçaqmalçılıq şəbəkəsinin ifşası və çökdürülməsi üçün təhqiqat, 2020-ci ildən Almaniya, Belçika və Hollandiya tərəfindən başladılıb.

Bu əməliyyat qeyri-qanuni tütün ticarətinə ağır zərbə vura bilən Avropada ən böyük siqaret qaçaqmalçılığı kəşflərindən biri hesab olunur.

visiontv.az



Seçilən
0
50
visiontv.az

10Mənbələr