AZ

Tayvanda 5,6 bal gücündə zəlzələ

Bu səhər Tayvanın cənub-qərbində Çiayi əyalətində 5,6 bal gücündə zəlzələ baş verib. 

"Cebheinfo.az" xəbər verir ki, Mərkəzi Meteorologiya Bürosunun (CWA) verdiyi açıqlamada episentrinin Çiayi şəhər mərkəzindən 40,5 kilometr cənub-şərqdə, Dapu rayonunda olan zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığı bildirilib. 

Məlumata görə, 5,6 bal gücündə baş verən zəlzələ yanvarın 21-də Çiayi əyalətinin Dapu rayonunda baş vermiş 6,4 bal gücündə zəlzələdən sonra baş verən təkanlardan biridir. Zəlzələdən sonra maqnitudası 3,2 ilə 4,3 arasında olan beş yeraltı təkan qeydə alınıb. Xatırladaq ki, yanvarın 21-də baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində Çiayi əyaləti silkələnib və maddi ziyana da səbəb olan zəlzələ nəticəsində 27 nəfər xəsarət almışdı. 

Seçilən
16
3
cebheinfo.az

5Mənbələr