AZ

Bakının səki problemi yeni dövlət proqramında əksini tapacaqmı?- VİDEO

Bakının səki problemi yeni dövlət proqramında əksini tapacaqmı?

Bakı şəhərində nəqliyyat məsələləri ilə bağlı dövlət proqramı hazırlanır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı qeyd edib.

AzPost bildirir ki, nəqliyyatla bağlı ən böyük problemlərdən biri səkilərdir. Təssüf ki, paytaxtda səki anlayışı sıradan çıxmaq üzrədir. Maraqlıdır ki, nəqliyyatla bağlı hazırlanan proqramda Bakıda parklanma yerlərinə çevrilən səkilərin piyadalara qaytarılması və bərpası ilə bağlı tədbirlər nəzərdə tutulubmu?

Müşavirədə AYNA-nın rəhbəri bu sahə ilə bağlı yalnız səki infrastrukturunun təhlil edildiyini və bəzi yerlərdə kifayət qədər “dar səki infrastrukturunun” olduğunu bildirdi.

Amma səkilərin zəbt edilməsi problemi xüsusi olaraq Prezidentin diqqətinə çatdırılmadı. Axı geniş səkilər də parklanma yerlərinə görə daraldılır və ümumiyyətlə, səkilər sistem olaraq sıradan çıxır.

Dövlət başçısının məsələyə müdaxiləsindən səki problemi məsələsinin birdəfəlik həll olunacağına ümid edə bilərdik. Təəssüf ki, hətta yerli əhəmiyyətli problemlər ali səviyyədə münasibət bildirilmədən həllini tapmır.

Vəziyyət əslində, kritikdir. Səkilərdə park edilən maşınlara görə piyadalar avtomobil yoluna çıxmağa məcbur olurlar. Kiçik ehtiyatsızlıq bədbəxt hadisə ilə nəticələnə bilər.

Hadisə baş verəndə isə ya piyada, ya da onu vuran maşının sürücüsü günahkar hesab ediləcək. Amma əsl səbəbkarlar – səkilərin parkinqə çevrilməsinə şərait yaradanlar və səkini zəbt edən maşınların sürücüləri diqqətdən kənarda qalacaq.

Seçilən
4
14
azpost.info

10Mənbələr