AZ

Nazirliyə məxsus gəmi 20 min manata satışa çıxarılır


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus iki gəmini hərraca çıxaracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında dərc olunan məlumatda bildirilib.
Qeyd olunub ki, hərracda 1987-ci ildə istehsal edilmiş “ƏLİF HACIYEV” elmi tədqiqat gəmisi 295 min manatdan (start qiyməti), 1989-cu ildə istehsal olunmuş “QRADUŞİY” təchizat gəmisi isə 20 min manatdan (start qiyməti) təklif olunacaq.
Hərrac martın 4-də keçiriləcək. Həmin gün həmçinin Müdafiə Nazirliyinə məxsus 6, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinə məxsus isə 1 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.


Murad Məmmədov
Seçilən
1
23
yeniavaz.com

10Mənbələr