AZ

Əmrah "əmlak kralı"na çevrilib:300 mənzil, 10 milyon TL aylıq kirayə gəliri...

Türkiyəli müğənni Əmrahın var-dövlətindən xəbər tutanlar qulaqlarına inanmır. O, əsl daşınmaz əmlak maqnatına çevrilib! 300 mənzil, 10 milyon TL aylıq kirayə gəliri...

“İki sahil” xəbər verir ki,  Türkiyənin "Sabah" nəşrində Əmrahla bağlı məqalə yayımlanıb.

Məqalədə qeyd edilir ki, “Balaca Əmrah” ləqəbi ilə tanınan müğənni ifa etdiyi “Getdiyin yerə məni apar”, “Unuda bilsəydim”, “Gözümün ağlaması”, “Kimsə bilməz” kimi mahnıları ilə məhşurlaşıb. Son günlər Dubayda ev alacağı ilə bağlı xəbərlər yayılan Əmrahın var-dövləti ilə xəbərləri gündəmə gətirib. Məşhur müğənninin daşınmaz əmlak maqnatı olduğu üzə çıxıb.

2014-cü ildə Sibel Kirerlə ailə quran Emrah iki uşaqla evliliyini taclandırıb. Oğulları Elyesa və qızları Eleysanı diqqət mərkəzindən kənarda böyütməyə üstünlük verirlər.

Şəxsi həyatı ilə yanaşı, musiqi karyerasındakı uğurları ilə diqqət mərkəzində olan Əmrah Dubayda 3,5 milyon dollara ev alıb. Onun İstanbul və Bodrumda 300-dən çox evi olduğu və kirayə gəlirinin aylıq 10 milyon TL-yə çatdığı iddia edilir. İstanbulda 3 milyon dollara idman kompleksi alan sənətçinin eyni layihədə 12 mağazası və dubleks mənzili də olub.

Sənətçinin 8 milyon TL-yə Bodrumda da əmlak alıb.

Türkiyənin "Axşam" qəzetinin xəbərinə görə, 2022-ci ildə məhkəməyə gəlir bəyannaməsi təqdim etməli olanda Əmrahın aylıq gəlirinin 400 min TL olduğu açıqlanıb.

Seçilən
0
2
ikisahil.az

7Mənbələr