Bakı, 30 yanvar, AZƏRTAC
Ötən il manatla geniş mənada pul kütləsi (M2) il ərzində 3,6 faiz artaraq 36,652 milyon manat təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri ötən ilə nəzərən 20,9 milyon manat azalaraq 2,577.2 milyon manat təşkil edib.
Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident fiziki şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.