AZ

"Qonşuya gedirəm" deyərək evdən çıxdı, meyiti qonşunun bağçasından tapıldı

Türkiyənin Dənizli şəhərində 3 gün əvvəl \"qonşuya gedirəm\" deyərək evdən çıxan 54 yaşlı qadının meyiti tapılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı 3 nəfər polis tərəfindən saxlanılıb.

Qadınla əlaqə saxlaya bilməyən yaxınları vəziyyəti polisə bildiriblər.
 
Bundan sonra axtarış işlərinə başlanılıb.

Yaşlı qadının meyiti qonşunun bağçasından tapılıb.
 
Faktla bağlı cinayət işi açılıb.

Mikayıl
Seçilən
0
50
azxeber.com

10Mənbələr