İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Ukraynaya səfəri çərçivəsində bu ölkəyə əlavə 10 milyon avro humanitar yardımın ayrılacağını açıqlayıb.
Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin press-relizində deyilir.
Məlumata görə, diplomat Ukraynaya səfəri zamanı ölkə hakimiyyətinə İspaniyanın Əməkdaşlıq Agentliyindən humanitar yardım kimi 10 milyon avro ayırdığını deyib. Bu, İspaniyanın münaqişə başlayandan bəri Kiyevə verdiyi 100 milyon avroya əlavədir.
Nazirlikdən bildirilib ki, münaqişənin başlanmasından bu günədək 400 milyon avronun ayrıldığı ölkənin bərpasına digər yardımlar da əlavə edilməlidir.
Bildirilir ki, artıq Ukraynanın 7 minə yaxın hərbçisi İspaniyada təlim keçib.\\report.az