AZ

Yerin kürə olması və öz oxu ətrafında fırlanması 1851-ci ildə kosmosa çıxmadan necə isbat edilib?

Fuko kəfkiri və ya Yerin kürə olması və öz oxu ətrafında fırlanması 1851-ci ildə kosmosa çıxmadan necə isbat edilmişdir?

Kəfkir hamımızın mexaniki saatlardan yaxşı tanıdığı ucuna müəyyən ağırlıq asılmış ipə deyilir.

Yerin qravitasiya sahəsində asılmış və ətraf mühitin təsirləri minimuma endirilmiş kəfkir sərbəst mexaniki rəqslər zamanı müəyyən zaman kəsiyində dönən ellipsvari formada trayektoriya cızır. İlk dəfə bu fenomeni təcrübi olaraq 1851-ci ildə fransız fizik Leon Fuko demonstrasiya etmişdir. Parisdə Panteon binasının qübbəsinə asdığı 67 metr uzunluğunda ipdən və 28 kiloqramlıq metal kürədən ibarət Fuko kəfgiri böyük insan kütləsinin gözləri önündə rəqsi zamanı saat əqrəbi istiqamətində ellipsvari trayektoriya cızmışdır.

Buna səbəb yerin öz oxu ətrafında hərəkəti zamanı əslində sabit istiqamətdə hərəkət edən kəfkirin yerə nəzərən fırlanmasıdır. Bundan əlavə qütblərə doğru quraşdırılmış Fuko kəfkirlərində kəskin şəkildə trayektoriya dəyişikliyi olsa da, ekvatorial bölgədə bu trayektoriyanın yox deyiləcək səviyyədə az olması həm də Yerin kürə formada olmasını təcrübi olaraq sübut etmişdir.

Dünyanın bir çox astronomik elm mərkəzlərində və Paris Panteonunda günümüzdə də Fuko kəfkirlərini görüb hərəkətlərini müşahidə etmək mümkündür.

Neandertal

visiontv.az



Seçilən
0
29
visiontv.az

10Mənbələr