Pulsuz dərman vasitələri ilə bağlı yeni qayda tətbiqi nəzərdə tutulur.
AzPost xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin keçirilən iclasında “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib.
O bildirib ki, pulsuz dərman vasitələri şəxslərə evlərində, ya da əczaçılar tərəfindən çatdırılacaq: “Pulsuz dərmana ehtiyacı olan və kəndlərdə regionlarda yaşayan şəxslər rayon mərkəzinə gəlməyə məcbur olur. Həmin şəxslərin səhhətində onsuz da problem var”.