AZ

Sərxoş halda dron idarə edən şəxs MƏHKUM EDİLDİ

Sərxoş halda pilotsuz təyyarə idarə edən kişi məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İsveç mediası məlumat yayıb. Bildirilir ki, İsveçdə ilk dəfə bir kişi sərxoş halda pilotsuz təyyarə idarə etdiyinə görə məhkum edilib.

“55 yaşlı kişi keçən iyul ayında Klassik Avtomobil Həftəsində pilotsuz uçan aparat idarə edib. İndi o, sərxoş halda təyyarəni idarə etmək kimi qeyri-adi cinayətdə təqsirli bilinib və 32.000 İsveç kronu (2.9 min dollar) məbləğində cərimə ödəməlidir”, – məqalədə deyilir.

İşə baxan prokuror Jenny Holden Nüströmə görə, İsveç məhkəmə təcrübəsində ilk dəfədir ki, bir şəxs sərxoş vəziyyətdə pilotsuz təyyarə idarə etdiyinə görə ittiham olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
1
21
interpress.az

10Mənbələr