Aleksandr Zinçenko “Arsenal”ı tərk edə bilər.
“Atletiko” onun transferi üçün İngiltərə klubu ilə danışıq aparır. Tanınmış jurnalist Florian Plettenberqin verdiyi məlumata görə, keçid Madrid klubuna 30 milyon avroya başa gələ bilər. Ukraynalı müdafiəçi müqavilə ilə londonlulara 2026-cı ilin yayına qədər bağlıdı.
28 yaşlı Aleksandr “Arsenal”da 2022-ci ildən çıxış edir. Bu mövsüm komandada 13 oyun keçirən futbolçu əvvəllər “Mançester Siti”, PSV və “Ufa”da oynayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta