Tanınmış filosof, tənqidçi Niyazi Mehdi xəstəxanaya yerləşdirilib.Bu barədə APA-ya onun həyat yoldaşı Dilarə Mehdi məlumat verib.O, Niyazi Mehdinin bir müddət əvvəl vəziyyətinin pisləşdiyini və xəstəxanaya yerləşdirildiyini bildirilib: "Ayağında qanqrena başladı. Həkimlərin məsləhətləşmələrindən sonra barmağının amputasiya edilməsi qərarı verildi. Əməliyyatdan sonra vəziyyəti nisbətən stabilləşib”.Həyat yoldaşının hazırda reanimasiyada olduğunu deyən Dilarə Mehdi onun bu gün palataya köçürülməsinin gözlənildiyini bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta