Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə ilin ilk Böyük Dəbilqə turniri 1-2 fevralda Fransanın paytaxtı Parisdə keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iki gün davam edəcək turnirdə 54 ölkədən 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda kişilər arasında 6 çəki dərəsində 10 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara performans direktor, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcək.
60 kq.
Əhməd Yusifov
Hüseyn Allahyarov
66 kq.
Ruslan Paşayev
Rəşad Yelkiyev
73 kq.
Rəşid Məmmədəliyev
Vüsal Qələndərzadə
81 kq.
Ömər Rəcəbli
100 kq.
Əjdər Bağırov
+100 kq.
Uşanqi Kokauri
Kənən Nəsibov
Yarışda iştirak etməli olan cüdoçumuz Murad Fətiyev (90 kq.) zədəli olduğuna görə, milli yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatıla bilməyəcəklər.