Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi üzrə Rusiya vasitəçiliyini təklif edib. Rusiya Baş nazirinin müavini Aleksey Overcuk qeyd edib ki,Rusiya Hərbi Baş Kəşfiyyat idarəsində saxlanılankartoqrafik materialları birgə komissiyaya təqdim etməyə hazırdılar.
Təbii ki, Rusiya tərəfi xəritələri təqdim etməklə, prosesdə olmağa çalışır. Kremlin əlində olan kartoqrafik materiallarda mübahisəli məsələlər olacağı və bu da ikitərəfli danışıqlarım pozulmasına gətirib çıxara bilər. Məhz Moskva prosesi öz nəzarətinə almaqla idarə etməyi planlaşdırır. Azərbaycan A. Overcukun belə bir təklifinə razı olmayacaq. Azərbaycan hazırkı sərhədlər üzrə danışıqları aparır və Rusiyanın xəritə təklifini obyektiv qiymətləndirə bilməz. Çünki, Rusiya vasitəçiliy etimadını itirib. Məhz AZAL təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyətdən yayinması, kütləvi informasiya vasitələrində Azərbaycana qarşı təxribatı materialların verilməsi, Moskvanın Azərbaycanla Ermənistan arasında sərhəd komissiyasının işinə real töhfə verəcəyi mümkün görünmür. Bununla da Moskva öz vasitəçiliyinin üstündən xətt çəkmiş oldu.
Bundan sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, bu, Moskvanın iştirakı ilə olmayacaq. Təyyarə böhranından sonra, Rusiyanın "Zəngəzur" dəhlizi ilə bağlı danışıqlarda iştirakına icazə verilməyəcək. Rusiya tərəfi dəhlizə nəzarət mexanizmini gündəmə gətirir.
Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert
visiontv.az