AZ

Ağdərədə erməni əsgərləri belə öldürüblər - Video/18+

Ağdərədə yerləşən 49971 saylı hərbi hissədə yeni çağırışçılar rəsmən qurban verildi. Onlar xüsusi amansızlıqla öldürülüblər.

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın DOK Partiyasının rəhbəri, bloger Vardan Qukasyan deyib.

O, sözügedən hərbi hissədə yeni çağırışçıların işgəncə ilə öldürüldüyünü və daha sonra cəsədlərinin tapıldığını bildirib:

"Bizim uşaqlarımız düşmən gülləsinə qurban getmədi, döyüş meydanında həlak olmadılar. Onlar boğulub, şiddətə, işgəncələrə məruz qalıb, əzilərək qətlə yetirildilər. Bunu edən isə bizimkilərdir. 4-cü batalyonun gənc əsgərlərini öldürüb 5-ci batalyonun yerləşdiyi ərazinin yaxınlığında Şell adlanan bölgədə basdırıblar. Onların qətlini gizlətmək üçün ciddi səy belə göstərməyiblər, çox nazik torpaq təbəqə ilə cəsədlərin üstünü örtüblər".

Qeyd edək ki, söhbət Azərbaycan ərazilərinin işğal altında olduğu dövrdən gedir. (globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
2
olaylar.az

3Mənbələr