İrəvanda pərakəndə ticarətlə məşğul olan şəxslər yenidən hökumət binası qarşısında toplaşıblar.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Onlar ticarət dövriyyəsi vergisinin artırılmasına qarşı etirazlarını davam etdirir və fevralın 5-də böyük mitinq keçirərək paytaxt bazarlarında işi boykot etməklə hədələyirlər.
Qeyd edək ki, bundan əvvəl "Qızıl bazarı" ticarət mərkəzinin bir qrup işçisi də oxşar aksiya təşkil etmişdi.
"Cebheinfo.az"