AZ

Mask “Nobel”ə namizəd oldu

“SpaceX” və “Tesla” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask “Nobel” sülh mükafatına namizəd olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Parlamentinin sloveniyalı üzvü Branko Qrims Maskın mükafata namizədliyini təsdiqləyib.

Qrims bununla bağlı “X” hesabında paylaşım edib: “İlon Maskın təməl insan hüququ olan söz azadlığına və sülhə ardıcıl dəstəyinə görə 2025-ci il “Nobel” sülh mükafatını alması təklifi bu gün uğurla irəli sürüldü. Bu çətin layihədə əməyi olan hər kəsə təşəkkür edirəm”.

Seçilən
3
1
qafqazinfo.az

10Mənbələr