AZ

Çörək kəsdiyim dostlarım əlvida - Cahit Bağcı

Bakı, TurkicWorld

Çörək kəsdiyim, çay içdiyim dostlarım əlvida!

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu sözləri Cahit Bağcı “X” sosial medya hesabında paylaşımında bildirib.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Cahit Bağcı, sosial şəbəkə hesabında Azərbaycanla bağlı dərin və emosional bir paylaşım edib. "Əlvida əziz Azərbaycan!" başlığı ilə etdiyi paylaşımda Bağcı, Azərbaycanın müxtəlif şəhərlərinə və mədəniyyətinə olan sevgisini və hörmətini ifadə edib.

Paylaşımında, Qarabağ, Xocalı, Şuşa, Gəncə, Quba və digər bölgələrin tarixi və mədəni əhəmiyyətini xatırlayaraq, Azərbaycanın azadlıq mübarizəsinə və xalqının keçdiyi çətin dövrlərə diqqət çəkib. O, həmçinin Üzeyir Hacıbəyli, Nizami Gəncəvi və Natəvan kimi böyük şəxsiyyətlərə vurğu edərək Azərbaycanın zəngin mədəniyyətini anıb.

Bağcı, özünü Azərbaycan xalqının bir parçası hiss etdiyini qeyd edərək, "Duz və çörək haqqına görə məni bağışlayın" ifadəsi ilə dostlarına və xalqına minnətdarlığını bildirib. O, paylaşımını, millətin birliyini və qardaşlığını diləyərək bitirib: "Allah qardaşlığımızı, birliyimizi, comərdliyimizi daimi etsin."

Seçilən
2
6
turkic.world

10Mənbələr