AZ

Azərbaycanda 3 futbolçuya ömürlük cəza

“Mingəçevir”də çıxış edən 3 futbolçu ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA-nın saytında rəsmi məlumat yayılıb. AFFA İntizam Komitəsinin iclasında I Liqa klubu ilə bağlı önəmli qərar qəbul edilib.

I Liqada “Mingəçevir” klubunda çıxış edən 3 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Bunlar Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərlidi.

Seçilən
34
50
ucnoqta.az

10Mənbələr