AZ

Uşaqları kəskin respirator virus infeksiyalarındannecə qorumalı?

Bakı. Trend:

Açar sözlər: virus, immunitet, vitaminlər,minerallar.

Hal-hazırda qış fəsli ilə əlaqədar həm uşaqlar, həm də böyüklərarasında kəskin respirator virus infeksiyaları geniş yayılmışdır.Kəskin respirator virus infeksiyaları – kəskin yoluxucu virusxəstəliklərinin böyük qrupunu özündə birləşdirir və əsasən tənəffüsyollarının selikli qişasının zədələnməsi ilə xarakterizəolunur.

KRVİ yer kürəsində ən çox yayılmış xəstəlikdir. KRVİ əsasənuşaqlarda müşahidə olunur. Həyatının ilk ayında olan uşaqlar nadirhallarda xəstələnirlər, çünki onlar adətən təcrid olunmuş şəraitdəolur və onlarda transplasentar passiv immunitet saxlanılır.Anadangəlmə immunitet olmadıqda və ya zəif olduqda bu uşaqlar daxəstələnə bilərlər.

Xəstələnmə ən çox həyatının ikinci yarımilində 3 yaşa qədəruşaqların payına düşür. Bu da onların uşaq müəssisələrinə getməsiilə əlaqədardır. Statistikaya görə uşaq bağçasına gedən körpə KRVİilə birinci il 10 dəfəyə qədər, ikinci ili 5-7 dəfə, sonrakı illərisə 3-5 dəfə xəstələnə bilər. Təkrar xəstələnmə halları uşağıninkşafına xeyli təsir edir. Bu uşaq orqanizminin müdafiə qüvvəsininzəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəbolur, orqanizmdə allergizasiya prosesi yaradır, profilaktikpeyvəndlərin aparılmasını gecikdirir, uşağın fiziki və psixiinkşafını ləngidir. Tez-tez baş verən KRVİ asmatik bronxit,bronxial astma, xroniki pielonefrit, poliartrit, burun udlağınxroniki xəstəliklərinə səbəb ola bilər.

Uşaqları virus infeksiyalarından qorumaqüçün:

Xəstələrlə təmas mümkün qədər məhdudlaşdırılır. Otağın havasıtez-tez dəyişdirilməlidir. Əllər antibakterial sabunla tez-tezyuyulmalıdır. Normal yuxu və qidalanma rejimi olmalıdır.

Immun sistemi möhkəmləndirməkvacibdir

Bu məqsədlə tərkibində vitamin və minerallarla zəngin qidalardanolduqca çox istifadə etmək önəmlidir.

Balanslaşdırılmış qidalamaya vitamin, mineralların əlavəedilməsi immunitetə müsbət təsir edir, çünki indiki ekoloji durumlavə qidalanma tərzi ilə əlaqədar təbii ərzaqlarda orqanizmə lazımolan vitamin və mineralların hamısı mövcud deyidir (xüsusənsoyuq fəsillərdə). Əksər hallarda zəif immunitet orqanizmdəvitamin və mineralların miqdarının az olması ilə əlaqədardır

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, ocümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmihesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş vəsistemləşdirilmişdir

Seçilən
0
1
az.trend.az

2Mənbələr