AZ

Kadırovun yoxa çıxmasına aydınlıq gətirildi

Çeçenistanın milli siyasət, xarici əlaqələr və mətbuat və informasiya naziri Əhməd Dudayev Ramzan Kadırovun yoxa çıxması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Ölkə.Az xəbər verir ki, Dudayevin sözlərinə görə, Ramzan Kadırovun Yeni il bayramından sonra informasiya meydanından yoxa çıxması və rəsmi tədbirlərdə görünməməsi ilə bağlı internetdə yayılan məlumatlar təxribatçıların işidir. 

Dudayev bildirib ki, Kadırov fəaliyyətini fəal şəkildə həyata keçirir və bütün məsələləri şəxsi nəzarətində saxlayır. 

Bununla belə, nazir vurğulayır ki, Kadırov yanvarın 13-dən rəsmən məzuniyyətdədir. Müvafiq sərəncam onun saytında dərc olunub. Bu müddət ərzində isə respublika rəhbərinin vəzifələri Çeçenistan hökumətinin sədri Maqomed Daudova həvalə edib.

Mürtəza
Ölkə.Az

Seçilən
1
12
olke.az

10Mənbələr