HƏMAS və İsrail arasında məhbus mübadiləsinin üçüncü mərhələsində Qəzzada əsir olan israilli qadın əsgər Agam Berger Cibaliyadakı Beynəlxalq Qırmızı Xaç komandasına təhvil verilib. Əsir mübadiləsinin üçüncü mərhələsində Qəzza zolağından azad ediləcək üç israilli məhbusun Qırmızı Xaç Cəmiyyətinə təhvil verilməsinə başlanılıb.HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin qrupları ilk məhbusun təhvil verilməsi üçün sənədlər imzalayıb.İsrailli əsir Berger Qırmızı Xaç qruplarına təhvil verilib, daha sonra isə Qırmızı Xaç avtomobilinə minərək ərazini tərk edib.İsrail ordusu israilli əsiri qəbul etdiklərini və ölkəyə yollandığını təsdiqləyib.Qəzza zolağının Xan Yunis şəhərində digər əsirlərin azad edilməsi üçün hazırlıqlar davam edir.HƏMAS-ın dünən verdiyi açıqlamaya görə, üç israilli əsirlə yanaşı, 5 Taylandlı məhbusun da azadlığa buraxılması gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta