1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2000 manat cərimələyib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Ağdam təmsilçisi Premyer Liqanın XX turunda "Turan Tovuz"a uduzduqları matçdan sonra AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyi üçün ziyana düşüb.
"Neftçi" klubu isə "Liv Bona Dea Arena"da qırılmış 17 oturacağa görə dəymiş zərəri "Araz-Naxçıvan"a ödəməli olacaq. "Ağ-qaralar"ın azarkeşləri həmin stadionda Naxçıvan komandasına 1:2 hesabı ilə uduzduqları matçda oturacaqları sındırıblar.