AZ

Azərbaycan Ermənistana hücum etmək istəsəydi... - Neyjmakov

2025-ci ildə Ermənistanla Azərbaycan arasında müharibə ehtimalı aşağıdır.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Neyjmakov deyib.

“Bakı ilə silahlı eskalasiya olacağı təqdirdə, İrəvan çətin ki, KTMT-nin müdaxiləsini gözləsin. Daha doğrusu, bu durumda ABŞ-nin Azərbaycana təzyiq göstərəcəyini gözləyə bilərlər. Yəqin Ermənistan hökuməti ümid edir ki, belə bir eskalasiya başlayarsa, uzun sürməyəcək. Amma Azərbaycan Ermənistana silahlı təzyiqi prioritet ssenari hesab etsəydi, çox güman ki, Vaşinqtonun “dönüşü” dövründə belə bir əməliyyat keçirərdi.

2024-cü ilin noyabr-dekabr aylarında belə bir eskalasiya olmadı, bu, o deməkdir ki, 2025-ci ildə olma ehtimalı azalıb. Amma sərhəd zonasında kifayət qədər irimiqyaslı silahlı insidentlər mümkündür. Burada çox şey Donald Tramp administrasiyasının Cənubi Qafqazla nə qədər sıx işləyəcəyindən də asılı olacaq”, - ekspert vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
3
teleqraf.com

1Mənbələr